Bank Of Baku

Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib

Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib
# 18 mart 2016 18:22 (UTC +04:00)

Bakı-APA. Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Salah Abdeslam həbs edilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.

 

Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.

 

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR