Bank Of Baku

Platini: Blatterin qələbə qazanacağı təqdirdə UEFA FİFA-nın İcraiyyə Komitəsindən çıxaсaq

Platini: Blatterin qələbə qazanacağı təqdirdə UEFA FİFA-nın İcraiyyə Komitəsindən çıxaсaq
# 28 may 2015 23:55 (UTC +04:00)

APA-nın “”RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə UEFA prezidenti Mişel Platini bildirib.  

 

“Səsvermədə qələbə qazanmayacağımız təqdirdə FİFA-nın İcraiyyə Komitəsində iştirak etməməyimizə dair qərar qəbul edə bilərik. Qərar vermək üçün 10 gün vaxtımız olacaq”, deyə Platini mətbuat konfransında bildirib.

 

Qeyd edək ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilib.  

 

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR