Polşada ötən gün beş nəfər soyuqdan ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Hökuməti Təhlükəsizlik Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, keçən il noyabrın 1-dən etibarən soyuqdan ümumilikdə 53 nəfər ölüb.
Qeyd edək ki, rəsmilər havaların kəskin soyuması, donvurma ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.