Bank Of Baku

Polşada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Polşada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 05 mart 2018 01:42 (UTC +04:00)

Polşanın Poznan şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

 

APA-nın “tvn24.pl” saytına istinadən verdiyi məlumata əsasən, xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini aşkarlayıblar.

 

Bundan əvvəl hadisə nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir. Dördmərtəbəli yaşayış binasında partlayışa səbəb qaz sızması olub.

 

***

 

18:00

 

Bu gün Polşanın Poznan şəhərində qaz sızması nəticəsində dörd mərtəbəli yaşayış binasında partlayış olub, bina uçub.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Polşa Dövlət Yanğın Xidməti binanın uçması nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.

 

Yaralılardan 3-nün durumu ağırdır. Onların arasında uşaq da var.

 

Dağıntılar altında insanların qalması ehtimal ilə əlaqədar hazırda xilasetmə əməliyyatı aparılır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR