Bank Of Baku

Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB-1

Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 21 yanvar 2018 13:21 (UTC +04:00)

Dünən Çexiyanın paytaxtı Praqanın tarixi mərkəzindəki dörd ulduzlu “Eurostars David” otelində baş verən yanğında ölənlərin sayı 4 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Çexiya polisinin nümayəndəsi Yan Danek bildirib ki, Almaniya vətəndaşı olan 1996-cı il təvəllüdlü kişi və Cənubi Koreya vətəndaşı olan 1997-ci il təvəllüdlü qadın ölüb.

 

Bu gün yanğın zamanı ağır xəsarət almış 2 nəfər də xəstəxanada ölüb. Həmin şəxslərin hansı ölkələrin vətəndaşı olduğu açıqlanmayıb. Xəsarət alanlar arasında Niderland. Fransa və Türkiyə vətəndaşları var.

 

Yanğının səbəbi də hələ müəyyənləşdirilməyib. Yanğının elektrik xəttində qısaqapanma və kondisionerin yanması nəticəsində baş verdiyi ehtimal edilir.

 

***

 

20 yanvar, saat 23.57

 

Çexiyanın paytaxtı Praqanın tarixi mərkəzindəki dörd ulduzlu “Eurostars David” otelində (Masarik meydanı yaxınlığında) yanğın olub, 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Binadakı insanların təxliyəsi davam etdirilir.  İlkin məlumata görə, 2 nəfər ölüb, 40-dək şəxs xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR