Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Şərqi Qutada yaşanan insan faciəsi başda olmaqla, Suriyadakı son durumu müzakirə ediblər.
Tərəflər BMT Təhlükəsizlik Şurasının 2401 saylı qərarına uyğun olaraq Şərqi Qutada atəşkəsin tam olaraq qorunması üçün xüsusilə Türkiyə, Rusiya və İranın ortaq çalışmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Telefon danışığında Şərqi Qutada insanlara yardımların çatdırılaraq yaşanan faciəyə bir an əvvəl son verilməsinin vacibliyi qeyd edilib.
R.T.Ərdoğan Afrində terrorçulara qarşı Türkiyə tərəfindən həyata keçirilən ”Zeytun budağı” əməliyyatı barədə məlumat verərək həm də ikitərəfli münasibətlərə də toxunub.
Tərəflər apreldə İstanbulda təşkil ediləcək üçtərəfli sammitə dair də müzkirə aparıblar.