Bank Of Baku

Qasırğa Böyük Britaniyada AES-in fəaliyyətini dayandırıb

Qasırğa Böyük Britaniyada AES-in fəaliyyətini dayandırıb
# 28 oktyabr 2013 16:56 (UTC +04:00)

Bakı - APA. Böyük Britaniyanı “Müqəddəs İuda” qasırğası vurub.

 

APA-nın verdiyi məlumata görə, qasırğa ilə bağlı Böyük Britaniyanın cənub-şərqində, Kent qraflığında yerləşən atom elektrik stansiyasının fəaliyyəti dayandırılıb.

 

Qasırğanın AES-ə ziyan vurub-vurmadığı hələ açıqlanmayıb. Qasırğa elektrik xətlərini qırıb, 220 min evin elektrik enerjisi təchizatından məhrum olub. Artıq 2 nəfərin həyatını itirdiyi də rəsmən təsdiqlənib. Ölkədə qatarların hərəkəti qismən dayandırılıb. “Xitrou” aeroportunda ən azı 130 aviareys təxirə salınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR