Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə hökuməti zorakılığa və təxribatlara yol verməyəcək”

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə hökuməti zorakılığa və təxribatlara yol verməyəcək”
# 07 iyun 2013 05:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Afrika turnesindən döndükdə, onu İstanbul aeroportunda qarşılayan minlərlə tərəfdarlarının qarşısında çıxışı zamanı bəyan edib.    

 

Ölkədə yaranmış vəziyyəti şərh edərkən, o toqquşmaların səbəblərini və polisin həddindən artıq güc tətbiq etmə hallarını əsaslı şəkildə araşdırılacağını vəd edib. Ərdoğan qeyd edib ki, müəyyən qruplar ölkədə yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi qazanc əldə etməyə çalışır.   

 

Ərdoğan etirazçılara səslənərək onları “Taksim meydanından getməyə və bütün xalqla birgə ümumi məsələləri həll etməyə” çağırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR