Bank Of Baku

İsrail və Türkiyə əlaqələrin normallaşdırılmasına dair razılığa gəlib

İsrail və Türkiyə əlaqələrin normallaşdırılmasına dair razılığa gəlib
# 26 iyun 2016 20:43 (UTC +04:00)

Bakı - APA. İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəlib.


APA-nın məlumatına görə, bu barədə Reuters  agentliyinə İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub. 

 

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan “Mavi Marmara” adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib . 

 

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə baş naziri  Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR