Bakı-APA. Latviyanın paytaxtı Riqada çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən azı bir nəfərin xəsarət aldığı bildirilir.
Latviyanın Dövlət xilasedici-yanğınsöndürmə xidmətinin yaydığı məlumata görə, güclü partlayışdan dərhal sonra binada yanğın başlayıb. Hazırda sakinlər evakuasiya olunur, partlayışın səbəbləri araşdırılır.