Rumıniyada hökumət əleyhinə növbəti aksiyalar keçirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Buxarestdə dövlət idarələri qarşısında 50 min nəfər toplaşıb.
Fevralın 12-də on minlərlə etirazçının iştirakı ilə nümayişlər ölkənin digər şəhərlərində də baş tutub.
Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar bununla bağlı korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağından narahatdırlar. Fevralın 5-də hökumət ölkədə kütləvi etiraz aksiyalarına yol açan qərarları ləğv edib. Buna baxmayaraq, Rumıniyanın paytaxtı və bir çox şəhərlərində hakimiyyət əleyhinə aksiyalar davam edir.