Bakı-APA. Rusiya Dövlət Dumasının aşağı palatasının Konstitusiya komitəsinin sədri Vladimir Pliqin İspaniya hüquq-mühafizə orqanlarının Rusiya Dövlət Dumasının deputatı Vladislav Rezniklə bağlı cinayət təqibini həyata keçirmək üçün hər hansı əsasları olmadığını bildirib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, V. Pliqin deyib ki, V. Reznik haqqında beynəlxalq axtarış elan olunması üçün təqdim edilən materiallar qəbuledilməzdir və beynəlxalq axtarış üçün istifadə edilə bilməz.
Komitə sədri qeyd edib ki, materiallar dumanlı xarakter daşıyır, V. Reznikin çirkli pulların yuyulmasında iştirakı barədə fakt yoxdur: “İspaniyanın təqdim etdiyi materiallarda istinad olunan bütün pul köçürmələri Vladislav Reznikin rəsmi hesabından həyata keçirilib, tamamilə şəffafdır və bununla bağlı bütün vergilər ödənilib. Ona görə də təqib üçün əsas yoxdur”.
***
Saat 00:52
Bakı-APA. Rusiya Dövlət Dumasının “Vahid Rusiya” hakim partiyasından olan deputatı Vladislav Reznik və onun həyat yoldaşı Diana Qindin barəsində İspaniyanın sorğusu əsasında “İnterpol”un xətti ilə beynəlxalq axtarış elan edilib.
APA-nın xəbərinə görə, bu barədə “RBK”-ya məlumat verən mənbə bildirib ki, İspaniya məhkəməsi Rezniki Tambov mütəşəkkil cinayətkar qrupunu ilə əlaqədə olmaqda və ölkə ərazisində “çirkli pulları yumaqda” ittiham edib.