Bakı. Anaxanım Hidayətova – APA. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında telefon danışığı olub. APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 5-də Praqada keçirilmiş görüşdə müzakirə olunan məsələlərin davamı olaraq ikitərəfli əlaqələrin düzəldilməsi üçün razılaşdırılmış istiqamətlər, o cümlədən nəqliyyat əlaqələrinin bərpası üzrə fikir mübadiləsi davam etdirilib. Qarşılıqlı maraq doğuran digər mövzulara da toxunulub.