“Mən Gürcüstana gələcəyəm və komandamla birgə bütün proqramları həyata keçirəcəm”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində deyib. O bildirib ki, Vahid Milli Hərəkat hər bir gürcüyə iqtisadi gücünü qaytaracaq: “Əminəm ki, hakimiyyətin dəyişməsindən sonra - bu, növbəti prezident seçkilərindən sonra baş verməlidir - Gürcüstanda minimal pensiya 400 lari məbləğində olacaq və bunu etmək çox asandır”.
M. Saakaşvilinin sözlərinə görə, Gürcüstan boşalır və bu, real təhlükədir: “Bunu yalnız həyat səviyyəsini yüksəltmək, əmək haqlarını və iqtisadi imkanları artırmaqla aradan qaldırmaq mümkündür. Bunu mən özüm etməyə hazırlaşıram. İndi onlar mənə qarşı cinayət işləri qaldırırlar ki, Gürcüstana qayıda bilməyim. Mən gələcəm və bu proqramların hamısını komandamla birgə həyata keçirəcəm. Mən öz xalqımı dar gündə qoymaram. Onları mafiyanın əlinə verməyəcəm. Buna son qoyulmalıdır. Gürcüstan azad olunmalı və nəfəs almalıdır”.
Saakaşvili Gürcüstana qayıdacağını bildirib
03 aprel 2018 10:41 (UTC +04:00)
Avropa
Avroparlamentarilər Gürcüstanın siyasi rəhbərliyinə qarşı sanksiya tətbiqinə çağırıblar
15:08
13 may 2024
Tbilisidə tələbələr "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə yürüş keçirir - FOTO
13:29
13 may 2024
Xarkov vilayətindən 5 mindən çox mülki şəxs təxliyə edilib
11:17
13 may 2024
Tbilisidə parlament binası önündə aksiyada 20 nəfər saxlanılıb
10:01
13 may 2024