Bank Of Baku

Siciliya boğazında bir sutkada 752 miqrant xilas edilib

Siciliya boğazında bir sutkada 752 miqrant xilas edilib
# 28 mart 2016 20:41 (UTC +04:00)

Bakı-APA. Siciliya boğazında sutka ərzində 752 miqrant xilas edilib. 

 

APA-nın  TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir. 

 

Əməliyyatda İtaliya Sahil Mühafizə Xidməti, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi ("Frontex"), bir neçə ölkənin gəmiləri, o cümlədən İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi iştirak edib.

 

Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Miqrantlar İtaliyanın cənub limanlarına çatdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR