Bakı-APA. İtaliya polisi ölkənin sabiq baş naziri Silvio Berluskoninin keçmiş katibəsi 24 kq kokainlə saxlanılıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Venesuela paytaxtı Karakasdan gələn 30 yaşlı Federika Caliardi Roma aeroportunda saxlanılıb.
Narkotik vasitə qadının əşyaları arasında aşkarlanıb. Polisin açıqlamasına görə, aşkarlanmış kokainin dəyəri azı 13 mln. dollar təşkil edir.
Qeyd edək ki, Caliardi Silvio Berluskonini Kanadada 2010-cu ildə keçirilmiş iki beynəlxalq sammitdə müşayiət edib.