Bank Of Baku

Skotland-Yard: Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki sinir iflicedici maddə ilə zəhərlənib

Skotland-Yard: Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki sinir iflicedici maddə ilə zəhərlənib
# 07 mart 2018 20:09 (UTC +04:00)

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı sinir iflicedici maddə ilə zəhərlənib. Böyük Britaniya polisi hadisəni sui-qəsdə cəhd kimi qiymətləndirir.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu London polisinin terrora qarşı şöbəsinin rəhbəri Mark Rouli bəyan edib.

 

Onun sözlərinə görə, zərərçəkənlərin vəziyyəti kritik olaraq qalır.

 

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, 2010-cu ildə  Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR