Bank Of Baku

Stoltenberq: ““Brexit” Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”

Stoltenberq: ““Brexit” Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”
# 04 iyul 2016 15:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Böyük Britaniyanın Avropa İttifaqından çıxması istisnasız olaraq London və Brüsselin öz münasibətlərinə aiddir və heç bir şəkildə Böyük Britaniyanın NATO-dakı roluna təsir etməyəcək”.

 

APA-nın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bidirib.

 

Y. Stoltenberq qeyd edib ki, Böyük Britaniyanın yeni hökumətinin alyans qarşısında öhdəliklərini davam etdirəcəyinə əmindir: “Böyük Britaniya NATO-nun vacib tərəfdaşıdır”.

 

Baş katib NATO-nun “soyuq müharibə” dövründən bəri ən böyük güclənmə mərhələsindən də danışıb. O qeyd edib ki, NATO-nun Qara dəniz regionundakı mövcudluğu Rumıniyadakı briqadanın hesabına gücləndiriləcək. Y. Stoltenberqin sözlərinə görə, ittifaqın hərbi xərclərinin 8 milyard dollar artırılması gözlənilir ki, bu da əvvəl planlaşdırılan xərclərin 3%-ni təşkil edir.

 

Qeyd edək ki, iyulun 8-9-da Varşavada NATO-nun zirvə toplantısı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR