Bank Of Baku

Süleyman Dəmirəl vəfat edib - VİDEO

Süleyman Dəmirəl vəfat edib - <span style="color: red;">VİDEO
# 17 iyun 2015 02:50 (UTC +04:00)

Bakı - APA. İyunun 17-də, yerli vaxtla 02:05-də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.

 

"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də  ürək  çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.  Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik", açıqlamada deyilir.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR