Bank Of Baku

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb
# 25 yanvar 2017 18:01 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin  əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda şəhid olub.

 

 APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, 1 əsgər  şəhid olub, 5-i yaralanıb.

 

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına 2016-cı il,  avqustun 24-də başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR