Bank Of Baku

Taksimə dəstək aksiyaları İstanbulda bütün gecə davam edib

Taksimə dəstək aksiyaları İstanbulda bütün gecə davam edib
# 16 iyun 2013 03:54 (UTC +04:00)

Bakı-APA. İstanbulda Taksim meydanı boşaldılandan sonra etirazlar gecə saatlarında da səngiməyib. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, gecə boyu müxtəlif etirazçı qrupları şəhərin fərqli yerlərindən Taksimə doğru irəliləməyə cəhd ediblər. Lakin polislər bu qrupların qarşısını kəsiblər və onları dağıtmağa nail olublar. Bundan əlavə, şəhərin müxtəlif yerlərində lokal etiraz aksiyaları keçirilir. Təhlükəsizlik qüvvələri sözügedən etiraz aksiyalarını da dağıdırlar. Şəhərin bir çox yerlərində etirazçılar tərəfindən avtomobillər də yandırılıb.

 

Aksiyaları yatıran zaman «Divan» otelinin qarşısında olan Almaniya Yaşıllar partiyasının həmsədri Klaudia Rot da gözyaşardıcı qazdan xəsarət alıb. Polis müdaxiləsinin qarşısını almaq istəyən CXP-li millət vəkili Ramis Topalın burnu qırılıb, digər millət vəkili Sezgin Tanrıkulu da yaralanıb.

 

Dəstək aksiyaları Türkiyənin bir sıra şəhərlərində, o cümlədən Ankarada da keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR