Bank Of Baku

Tallin şəhərinin meri rüşvətə görə həbs edilib

Tallin şəhərinin meri rüşvətə görə həbs edilib
# 22 sentyabr 2015 15:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Estoniya təhlükəsizlik polisi Tallin şəhərinin meri Edqar Savisaarı saxlayıb. APA-nın “delfi” agentliyinə istinadən verdiyi məlumata görə, E. Savisaar rüşvət almaqda günahlandırılır.

 

İttihama əsasən E. Savisaar 2014-2015-ci illərdə öz xeyrinə mülk və imtiyaz şəklində, 3-cü bir şəxsin adına isə ümumilikdə bir neçə yüz min miqdarında rüşvət alıb. Ondan başqa, işdə kömək, vasitəçilik etdiyi üçün  Estoniyanın bir neçə vətəndaşının da adı çəkilir. Onların arasında “Rand & Tuulberg”  tikinti şirkətinin rəhbəri Ayvar Tuulberq də var.

 

Qeyd edək ki, 65 yaşlı Edqar Savisaar Tallin şəhərinin meri vəzifəsini 2007-ci ildən icra edir. O, ölkədə Rusiyayönümlü siyasətçi kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR