Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Gəzi Parkı etirazçılarını təmsil edən bir heyəti qəbul edəcək. Görüşdən sonra baş nazir sənətçilər Necati Şaşmaz, Hasan Kaçan və Gökhan Özoğuz ilə AK Parti qərargahında bir araya gələcək.
Bundan əlavə Ərdoğanın aktrisa və müğənni Hülya Avşarı qəbul etməsi nəzərdə tutulur.
APA-nın türk mediasına istinadən verdiyi məlumata görə, sənətçilərlə görüşlərdə də Gəzi Parkı etirazlarının müzakirə edilməsi planlaşdırılır.