Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hava limanında reyslərin qəbulu və göndərilməsində gecikmələr yaranıb, 5 reys isə ləğv olunub.
Moskva-Tbilisi və Kiyev-Tbilisi reyslərini yerinə yetirən təyyarələr Kutaisi aeroportuna yönəldilib.
Tbilisi hava limanının reyslərin gəliş cədvəlinə əsasən, aeroport bu gün axşam saatlarında Bakıdan reys qəbul etməlidir.