Bank Of Baku

Tbilisidə “Uşaq dünyası” və qızıl mağazası yanıb

Tbilisidə “Uşaq dünyası” və qızıl mağazası yanıb
# 30 yanvar 2017 10:37 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə “Uşaq dünyası” ticarət mərkəzi və “Qızıl birja” qızıl məmulatları pavilyonunda yanğın baş verib.

 

APA-nın “kavkaz-uzel”ə istinadən verdiyi məlumata görə, hadisələr zamanı xəsarət alan olmayıb. 26 yanğınsöndürmə briqadası gecə saatlarında başlayan yanğını ancaq səhər söndürə bilib.

 

Yanğın hər iki binada çalışan sahibkarlara məxsus hər şeyi məhv edib. Hadisə yerinə Tbilisi meri və yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Onlar sahibkarlara  kompensasiya ödənilməsi barədə danışmağın hələ tez olduğunu söyləyiblər.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR