Bank Of Baku

Tiflisdə “Qlobal korrupsiyanın barometri” adlı beynəlxalq konfrans keçirilib

Tiflisdə “Qlobal korrupsiyanın barometri” adlı beynəlxalq konfrans keçirilib
# 09 iyul 2013 14:40 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə korrupsiya ilə mübarizəyə həsr olunan “2013 - Qlobal korrupsiyanın barometri” adlı beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan ədliyyə nazirinin müavini Eka Giqauri açaraq beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

 

Tədbirdə korrupsiya mövzusunda keçirilən rəy sorğusunun nəticələri barədə məlumat verilib. Respondentlərin rəyinə əsasən məhkəmə (51%), media (42%) və parlament (34%) ən korrupsiyalaşmış institutlardır. Gürcüstanda korrupsiyanın mövcud olmadığı (və ya az müşahidə edildiyi) sahələr kilsə, ordu və qeyri-hökumət sektoru sayılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR