Bank Of Baku

Tiflisdə Kamal Abdullanın dram əsəri oynanılıb - FOTO

Tiflisdə Kamal Abdullanın dram əsəri oynanılıb - <span style="color: red;">FOTO
# 22 may 2015 21:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə Azərbaycan yazıçısı Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" adlı dram əsəri oynanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşada rolları Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları Binəli Islamoglu, Şeyla Cəfərova, Namiq Musayev, Leyla Qasımova və Vüqar Maşov ifa ediblər.

 

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Namiq Valehoğlu APA-ya açıqlamasında əsərdə rolları oynayan aktyorların səhnədə peşəkarcasına oynadıqlarını bildirib: "Aktyorlarımızın oynadığı hər rol hər bir tamaşaçının alqışına səbəb olub. Biz buna görə çox sevinirik. Aktyor alqışını bizim oynadığımız əsərlərə verilən ən yüksək qiymət sayıram. İndiyədək 10 əsərin rejissoru olmuşam və inanıram ki, Tiflis tamaşaçılarımızı bundan sonra da yeni-yeni tamaşalarla sevindirəcəyik."

 

Qeyd edək ki, tamaşa Gürcüstan paytaxtındakı  Atoneli teatrında oynanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR