Bank Of Baku

Tiflisin sabiq meri 4 il yarım müddətinə azadlıqdan məhrum edilib

Tiflisin sabiq meri 4 il yarım müddətinə azadlıqdan məhrum edilib
# 19 sentyabr 2015 03:46 (UTC +04:00)

Bakı-APA. Tiflisin sabiq meri Qiqi Uqulava 2 milyona yaxın dollar məbləğində dövlət vəsaitinin israf edilməsi işi üzrə günahlandırılaraq məhkəmənin hökmü ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edib.

 

APA-nın “Qruziya-Onlayn”-a istinadən verdiyi məlumata görə, Q.Uqulavaya 9 illik cəza verilsə də, amnistiyalar nəzərə alınaraq sabiq mer 4 il 6 ay ərzində məhbus həyatı yaşayacaq.

 

Bununla belə, Q.Uqulava ilə eyni cinayət işi üzrə keçən Gürcüstanın sabiq Müdafiə naziri David Kezeraşviliyə bəraət verilib.

 

Q.Uqulava sentyabrın 17-də Gürcüstan Konstitusiya məhkəməsinin qərarına əsasən, 14 aylıq həbsdən sonra azad edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR