Bank Of Baku

Türkiyə-Gürcüstan hərbi-dəniz təlimləri keçiriləcək

Türkiyə-Gürcüstan hərbi-dəniz təlimləri keçiriləcək
# 29 mart 2018 12:55 (UTC +04:00)

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin 2 gəmisi Gürcüstanın Batumi limanına daxil olacaq.
 

Türkiyənin Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, “TCG Fatih” və “TCG Volkan” gəmiləri 30 mart-1 aprel tarixində Qara dənizdə “Dəniz ulduzu 2018” hərbi-dəniz təlimlərində iştirak edəcək.
 

Aprelin 2-də Türkiyə gəmiləri Gürcüstanın Sərhəd Mühafizə Xidməti ilə birgə PASSEX təliminə qatılacaq.
 

Türkiyə gəmilərinin Batumi limanına daxil olması və təlimlər iki ölkə arasında müdafiə sahəsində mövcud əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR