Bank Of Baku

Türkiyə 24 mindən çox miqrantın Aİ-yə keçməsinin qarşısını alıb

Türkiyə 24 mindən çox miqrantın Aİ-yə keçməsinin qarşısını alıb
# 02 mart 2016 21:43 (UTC +04:00)

Bakı-APA.  Türkiyə yanvar və fevralın birinci yarısı ərzində  24 120  miqrantın Avropa İttifaqına keçməsinin qarşısını alıb, qaçqınların daşınmasına şübhəli bilinən 93 nəfər saxlanılıb. APA-nın  məlumatına görə, bu barədə Türkiyə XİN mətbuat xidmətinin rəhbəri Tanju Bilqic bildirib.  

 

“Yalnız fevralın 15-də Türkiyə sahil mühafizə qüvvələri 985 miqrant saxlayıb. Qeyri-qanuni miqrasiyanın qarşısını almaq Türkiyə əlindən gələni edir.  Təbii ki, qanunsuz miqrasiyanın səviyyəsini dərhal azaltmaq qeyri –mümkündür. 2016-cı ilin  aylarında Yunanıstanın adalarına yollanan miqrantların sayında xeyli azalma müşahidə olunub, - deyə Tanju Bilqic bildirib.  

 

 Qeyd edək ki, 2015-ci ilin noyabrın 29-da keçirilmiş Aİ-Türkiyə sammitində razılaşdırılan tədbirlər planına əsasən, Türkiyə  Aİ-yə miqrant axınının qarşısının alınmasına səylər göstərməlidir və Ankaraya ayrılacaq 3 mlrd avro və Türkiyənin  Aİ-yə üzvlüyünə dair danışıqların aktivləşdirilməsi müqabilində qaçqınların öz ərazisində yerləşdirməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR