Bank Of Baku

Türkiyə dəri sektorunun Rusiya bazarındakı vəziyyəti ürəkaçan deyil - REPORTAJ

Türkiyə dəri sektorunun Rusiya bazarındakı vəziyyəti ürəkaçan deyil - <span style="color: red;">REPORTAJ
# 06 fevral 2017 18:33 (UTC +04:00)

Azərbaycan bazarında Türkiyə dəri sektorunun vəziyyətindən məmnun qalan türkiyəli iş adamları onlar üçün dünyanın ən böyük və vacib bazarlarından sayılan Rusiya bazarındakı bugünkü vəziyyətdən olduqca narazıdırlar.

 

APA-nın məlumatına görə, bunu İstanbulda keçirilən "Alleather – IDF-2017 " Beynəlxalq Dəri Sərgisində "Dəri sektorunun dünəni, bu günü və sabahı" adlı paneldə çıxış edən türkiyəli iş adamları dilə gətiriblər.

 

"Rusiya gömrük vergisini 5 faizə endirməlidir"

 

İstanbul Dəri və dəri məmulatları İxracatçıları Birliyinin İdarə Heyətinin sədri Mustafa Şenocak təyyarə böhranından sonra Türkiyə dəri sektorunun çox böyük zərər yaşadığını bildirib: "Son illərin statistikasına baxsaq bunu aydın müşahidə etmək olar. Demək olar ki, bu böhrandan ən çox ziyanı dəri sektoru görüb. 2000-ci illərdə Türkiyə dəri sektoru hər il Rusiyaya 1,4 milyard dollarlıq məhsul ixrac edirdi. 2013-cü ildə bu rəqəm ildə 545 milyon dollar olub. Təyyarə böhranından sonra isə bu rəqəm 5 dəfədən çox azalaraq 107 milyon dollara qədər geriləyib. Bu rəqəmləri Türkiyə dəri sektorunun nə qədər böyük zərər gördüyünün sübutudur".  

 

Rusiya və Türkiyə arasında Azad Ticarət Müqaviləsi imzalanmalıdır

 

Birliyin İdarə heyətinin sədr müavini Məhmət Əli Dinç iki ölkə arasında azad ticarət haqqında müqavilənin imzalanmasının gərəkliyini bildirib: "Rusiya-Türkiyə ticarət əlaqələri Azad Ticarət müqaviləsi ilə təsdiq olunmalıdır. Digər bir önəmli məsələ gömrük vergilərinin yüksək olmasıdır. Bu gün Rusiya tərəfindən 10 faiz gömrük vergisi tutulur. Bizim Rusiya tərəfindən bu məsələdə önəmli bir tələbimiz var. Gömrük vergisini 10 faizdən 5 faizə edirilməsini istəyirik".

 

Türkiyəli iş adamları həyəcan təbili çalır

 

Türkiyə dəri sektorunun iş adamları Rusiya tərəfinin məhsullara "çip" tətbiq etməsindən də narazılığını ifadə ediblər. Türkiyə Dəri Fondu "TURDEV" İdarə Heyətinin sədri Qiyasəddin Timuçin 2017-ci ildə son illər azalan ixracat rəqəmlərinin artırılmasını hədəflədiklərini bildirib. 25 ildir dəri sektoru olaraq Rusiyaya məhsul ixrac etdiklərini söyləyən iş adamı ən böyük alıcıları olan Rusiya ilə əvvəlki əlaqələri bərpa etmək arzusunda olduqlarını vurğulayıb: "Sektor olaraq yeni modellərimizlə Rusiyaya məhsul ixrac etməyə davam edəcəyik. Lakin Rusiyanın tətbiq etməyə başladığı "çip"bir çox müəssisəmizi pis vəziyyətdə qoymaqdadır. Xüsusi ilə də kiçik və orta həcmli müəssisələrimiz bu vəziyyətdən çox ziyan görürlər".

 

"İnsani və ticarət əlaqələri siyasətdən uzaq olmalıdır"

 

Paneldə çıxış edən Moskva vilayəti ticarət-sənaye palatasının vitse-prezidenti Vadim Vinokurov Rusiya-Türkiyə ticarət əlaqələrinin 2015-ci ilin noyabrında baş verən təyyarə böhranından sonra pis vəziyyət yaşadığını söyləyib: "Hazırda iki ölkə arasındakı ticarət əlaqələr yenicə normallaşmağa başlayıb. Əslində böhran vaxtı da biz əlaqələrimizi kəsməmişdik. İnsani və ticarət əlaqələrinin siyasətdən uzaq olmalı olduğu fikrindəyəm. Türkiyə dəri sektorunun öndə gedən ixracatçılarının "çip" tətbiq olunması ilə bağlı narahatçılığına gəlincə isə, bildirmək istəyirəm ki, əslində bu bir pilot layihədir. "Çip"in ancaq bahalı mallara tətbiq olunmağa başlanılıb. Dəri məhsulları da bu mallar arasında yer alır. Bir qədər sonra bu, bir çox məhsullara tətbiq olunacaq. Burada əsas məqsədimiz Türkiyədən Rusiyaya nə qədər məhsulun gətirildiyini və satıldığını qarşılaşdırmaqdır. Hər kəsə məlumdur ki, "çemodan ticarəti" deyilən bir məsələ var. "Çip"li məhsulu artıq Rusiyaya gətirən dostuna, tanışına verə biləcək, amma sata bilməyəcək. Bu məsələni Rusiya Sənəyə və Ticarət Palatasında da müzakirə etməyi planlaşdırırıq. Türkiyəli iş adamlarının "çip" tətbiqi məsələsi ilə bağlı haqlı narazılığını Rusiya hökumətinə çatdıracağıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR