Bank Of Baku

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk həbs olunub

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk həbs olunub
# 16 iyul 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk həbs olunub.

 

APA-nın “Cümhuriyyət”ə istinadən verdiyi xəbərə görə,  Akın Öztürk hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.  

 

Akın Öztürkün qiyamçıların lideri olduğu və çevriliş cəhdinin arxasında durduğu ehtimal olunur. 

 

Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Kazan ilçəsində saxlanılıb. Məlumata görə,  Akın Öztürkün ətrafında olan digər qiyamçı əsgərlər də silahlarını yerə qoyaraq təslim olublar. 

 

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti  həbs edilib. 

 

Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil  olmaqla 2800-dək şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR