Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin Misirdəki səfiri öz fəaliyyətini davam etdirmək üçün Qahirəyə dönür. APA-nın “TRT Haber” saytına istinadən verdiyi məlumata görə, səfir Hüseyn Avni Botsalı ölkədə vəziyyətin bir qədər sabitləşməsindən sonra bu gün Misirə qayıdacaq.
Qeyd edək ki, Misirdə baş verən toqquşmalar və bu ölkə rəhbərliyinin Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsindən sonra H. A. Botsalı avqustun 16-da Türkiyə XİN tərəfindən müvəqqəti olaraq geri çağırılmışdı.