Bank Of Baku

Türkiyə prezidenti və əsas müxalifət partiyasının lideri son hadisələri müzakirə ediblər

Türkiyə prezidenti və əsas müxalifət partiyasının lideri son hadisələri müzakirə ediblər
# 03 iyun 2013 20:46 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə prezident Abdullah Gül arasında görüş olub. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, görüş yarım saat davam edib.

 

Məlumata əsasən, görüş CHP tərəfinin xahişi ilə baş tutub.

 

K.Kılıçdaroğlu, görüşdən sonra media nümayəndələrinin suallarına cavab verib. O bildirib ki, «Türkiyədə son günlər yaşanan acı olaylarla bağlı prezident Gülü ziyarət edib və qayğılarını ona çatdırıb».

 

«Taksimdə səslənən tələblərin dilə gəlməsinin demokratiyalar üçün son dərəcə təbii olduğunu hörmətli prezidentə bildirdim. Həmçinin bildirdim ki, baş nazirin istifadə etdiyi ifadələr olayı sakitləşdirmək yox, qızışdırmaq yönündədir. Hadisələri sakitləşdirmək məsələsində prezidentə böyük öhdəlik düşdüyünü bildirdim və ondan bu vəzifəsini yerinə yetirməsini istədim», deyə Kılıçdaroğlu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR