Bank Of Baku

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion “S-400” kompleksi əldə edib

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” kompleksi əldə edib
# 27 dekabr 2017 01:46 (UTC +04:00)

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion “S-400” zenit-raket kompleksi əldə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex”in baş direktoru Sergey Çemezov “Kommersant”a verdiyi müsahibədə bildirib.  

 

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: “Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, - deyə o bildirib.  

 

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR