Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş iddialarına münasibət bildirib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi çevriliş iddialarına münasibət bildirib
# 31 mart 2016 09:31 (UTC +04:00)

Bakı – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son vaxtlar ordunun hərbi çevriliş edəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.

 

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Baş Qərargahın rəsmi açıqlamasında ordunun Konstitusiya çərçivəsində hərəkət etdiyi bildirilib:

 

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və millətimizin birliyi, bərabərliyi və təhlükəsizliyi üçün Konstitusiyada əksini tapmış hüquqi dövlət, hüququn üstünlüyü və demokratik toplum prinsiplərinə bağlılığı əsas götürərək, Konstitusiya və qanunlar çərçivəsində ona verilən vəzifələrə uyğun fəaliyyət  göstərir. Bəzi media orqanlarında heç bir əsası olmayan xəbər və şərhlər təəssüf ki, terrorla mübarizə aparan qəhrəman silahdaşlarımızın əhval-ruhiyyəsini və motivasiyasına mənfi təsir göstərərək, bütün ordu mənsublarını narahat edir. Millətimizin sevgi və güvənindən güc alan, demokratiya bağlığını hər zaman dilə gətirən Türkiyə Silahlı Qüvvələrində  intizam, mütləq itaət və vahid əmr-komandanlıq əsas götürülür. Heç bir qanunsuz əmr və ya əməllərə imkan verilməsi mümkün deyil”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR