Bakı-APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsini icra etmək üçün I Ordu Komandanı, ordu general Ümit Dündar təyin edilib.
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım TRT-yə açıqlamasında deyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi Hulusi Akarın harda olması barədə məlumat yoxdur.