APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, idarənin keçmiş əməkdaşı, psixoloq olduğu bildirilən Veysi Erin adlı şəxs idarəyə daxil olaraq müdir Mehmet Tolon və içəridəki işçilərə “Kalaşnikov” avtomatından atəş açmağa başlayıb. Nəticədə M. Tolon və 5 əməkdaş hadisə yerində ölüb, 7 nəfər ağır yaralanıb. V. Erin hadisə yerində özünü də vurub.
Qars polis rəisi, polis xüsusi təyinatlıları və vilayət rəhbərliyi olay yerinə baxış keçirib.