Bank Of Baku

Türkiyə XİN rəhbəri ABŞ Ədliyyə nazirliyinin rəsmiləri ilə görüşüb

Türkiyə XİN rəhbəri ABŞ Ədliyyə nazirliyinin rəsmiləri ilə görüşüb
# 22 mart 2017 02:21 (UTC +04:00)

Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Ədliyyə nazirliyinin rəsmiləri ilə görüşüb

 

APA-nın xəbərinə  görə, bu barədə RİA Novosti agentliyinə nazirliyin nümayəndəsi Piter Karr bildirib.

 

“Biz görüşlərin keçirildiyini təsdiq edirik. Lakin danışıqlar zamanı müzakirə edilənləri şərh etmirik”, deyə P.Karr vurğulayıb.

 

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına dair Ankaranın təqdim edəcəyi istənilən materialı nəzərdən keçirməyə hazır olduğunu bildirib.  “Türkiyə ilə bu məsələ üzərində işləməkdə davam edirik. Türkiyə hökumətinin təqdim edə biləcəyi istənilən yeni materialları tədqiq  etməyə hazırıq”, – deyə nazirlikdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR