Bank Of Baku

Türkiyə XİN rəsmisi: “ABŞ tezliklə Güləni təhvil verməlidir, başqa çıxış yolu yoxdur”

Türkiyə XİN rəsmisi: “ABŞ tezliklə Güləni təhvil verməlidir, başqa çıxış yolu yoxdur”
# 07 oktyabr 2016 10:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. "Türkiyə qısa müddət ərzində həm separatçı terrorçular, həm də FETÖ terroru ilə mübarizədə böyük uğurlar əldə edib".

 

Bunu APA-ya Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul deyib.

 
Ə. Usul Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı aparılan danışıqlara da münasibət bildirib. O qeyd edib ki, ABŞ-ın bu məsələdə mövqeyi başa düşülən deyil: "Hesab edin ki, ABŞ-da bir terror təşkilatı var və bu təşkilatın lideri Türkiyədə yaşayır. Sizcə belə bir şey mümkündür?! Ona görə də bu məsələdə ABŞ-ın mövqeyi başa düşülən deyil. ABŞ tez bir zamanda terror təşkilatının liderini Türkiyəyə təhvil verməlidir. Biz bunu gözləyirik. Gec-tez bu olacaq. Çünki ABŞ-ın başqa çıxış yolu yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR