Bakı-APA. Türkiyədə 3 əsgər şəhid olub, 12 nəfər isə yaralanıb.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamada bildirilib ki, Hakkarinin Yüksekova qəsəbəsində əsgərləri ildırım vurub.
Yaralı əsgərlər helikopterlə Hakkari Dövlət Xəstəxanasına aparılıblar.