Bank Of Baku

Türkiyədə ağır yol qəzası baş verib, 11 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası baş verib, 11 nəfər xəsarət alıb
# 06 iyul 2016 19:14 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Qaziantep vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Nurdağı-Qaziantep yolunda minik avtomobili mikroavtobusla toqquşub.

 

Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.  Qəza səbəbindən  bağlanılan yol bir müddət sonra açılıb.

 

Mikroavtobusdakı sərnişinlərin bayram ziyarətindən döndükləri bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR