Bank Of Baku

Mardində törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Mardində törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
# 02 aprel 2016 01:13 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin vilayətində terror aktı baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident Qızıltəpə qəsəbəsinin hərbi xidmətə çağırış şöbəsində baş verib.

 

Terrorçular tərəfindən törədilən partlayış nəticəsində uçqun altında qalan suriyalı inşaat gözətçisi ölüb, 1-i əsgər, 3-ü uşaq olmaqla, 11 nəfər yaralanıb.

 

Partlayışdan dərhal sonra hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR