Bakı - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, təlim məqsədilə uçuş keçirən “F-4” təyyarəsi Sivas vilayəti ərazisində bir düşüb. Təyyarəni idarə edən 2 pilot paraşütlə tullanaraq xilas ola bilib. Onlar yaralı halda xəstəxanaya çatdırılıblar.