Bank Of Baku

Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 3 milyona yaxınlaşır

Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 3 milyona yaxınlaşır
# 12 aprel 2016 01:45 (UTC +04:00)

Bakı-APA. Türkiyə indiyədək 2 milyon 700 min suriyalı qaçqını qəbul edib, onlardan yalnız 270 mini xüsusi düşərgələrdə yerləşdirilib.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə DİN-in məlumatında deyilir.

 

Qaçqınların əksəriyyəti  ölkənin cənub və cənub-şərq bölgələrində məskunlaşıb. Onlardan ən çoxu - 400 mini  Şanlıurfa əyalətindədir. Daha 400 min insan İstanbula üz tutub.

 

Türkiyənin cənubundakı Hatay və Qaziantep əyalətlərində isə 300 minədək qaçqın məskunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR