Bank Of Baku

Türkiyədə PKK-çıların hücumu nəticəsində 4 hərbçi və 1 polis əməkdaşı ölüb

Türkiyədə PKK-çıların hücumu nəticəsində 4 hərbçi və 1 polis əməkdaşı ölüb
# 15 aprel 2016 19:34 (UTC +04:00)

Bakı-APA. Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə  4 hərbçi ölüb, 2-si yaralanıb.

 

Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata  başlanılıb.

 

Şırnak vilayətində isə  PKK terrorçularına qarşı  davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR