Bank Of Baku

Türkiyədə polis həyat yoldaşı, oğlu və qızını güllələdikdən sonra intihar edib

Türkiyədə polis həyat yoldaşı, oğlu və qızını güllələdikdən sonra intihar edib
# 15 mart 2016 11:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Sosial şəbəkələrdə paylaşdığı videolarla məşhurlaşan türkiyəli polis Vəli Çakı bu gün keçirdiyi psixoloji sarsıntı nəticəsində həyat yoldaşı, oğlu və qızını güllələdikdən sonra intihar edib.

 

APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, V. Çakı və qızı evdə, oğlu isə xəstəxanada ölüb.

 

V. Çakının həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 

25 ildir, polis sistemində çalışan V. Çakı özünə məxsus silahla hələlik məlum olmayan səbəbdən əvvəlcə həyat yoldaşı Könül Çakını, daha sonra 19 yaşlı qızı Tenayı və bir müddət əvvəl hərbi xidmətdən qayıtmış 23 yaşlı oğlu Çağatayı güllələyib.

 

Bundan sonra V. Çakı özünə atəş açıb.

 

Qeyd edək ki, V. Çakı paylaşdığı maraqlı videolarda Türkiyədə sosial şəbəkə fenomeninə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR