Bank Of Baku

Türkiyədə polisə hücum edilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyədə polisə hücum edilib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
# 17 aprel 2016 19:29 (UTC +04:00)

Bakı-APA. Türkiyədə Mardin vilayətinin Nüsaybin rayonunda PKK üzvlərinin polisə etdiyi hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.


APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  


İçərisində polis əməkdaşlarının olduğu avtomobil ərazidən keçdiyi zaman partlayış baş verib. Güclü partlayış nəticəsində 4 polis əməkdaşı yaralanıb. Yaralı polislər Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olan 1 polis həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Digər yaralıların həyatına təhlükənin olmadığı bildirilir.


Bölgədə hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR