Bakı-APA. Van vilayətinin Edremit rayonunda terrorçular patrul vəzifəsi icra edən polisləri minaatanlardan atəşə tutublar.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində polisə məxsus nəqliyyat vasitəsinə ziyan dəysə də, xoşbəxtlikdən, insan tələfatı olmayıb.
Hücumun ardından bölgəyə hərbçilər göndərilib. Terrorçuların tutulması üçün bölgədə hava dəstəkli əməliyyat başladılıb.