Bank Of Baku

Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər xəsarət alıb
# 16 fevral 2017 02:04 (UTC +04:00)

Türkiyənin Kayseri vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Pinarbaşı rayonu ərazisində qeydə alınıb.

 

Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəza ilə bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR